Leonardo D'Urso & Constantin Adi Gavrilanın təbrik mesajı
Hörmətli Qasım,
15 saylı Mediasiya Təşkilatının ikinci ildönümü münasibətilə sizi təbrik edirik! Bu əlamətdar hadisə sizin işə qarşı fədakarlığınız və çalışqanlığınızın nəticəsi ilə yanaşı, həm də Azərbaycanda mediasiyanın dəyişdirici gücünün sübutudur.
Bu proses haqqında düşünərkən, mübahisələrin həllinin təməl daşı kimi mediasiyanın təşviqində keyfiyyət və davamlılığın oynadığı mühüm rolun fərqinə varırıq. Azərbaycanlı mediasiya mütəxəssislərinin bu prinsiplərə hörmətlə əməl etməsi, şübhəsiz ki, bütün ölkə üzrə mediasiya mərkəzlərinin uğuruna öz töhfəsini verib.
Daim inkişaf etməli olduğumuzu nəzərə alaraq, mediasiyanın Azərbaycan cəmiyyətinin gündəlik həyat tərzinin bir parçası olduğunu görmək gözəldir. Bu nailiyyət ölkə daxilində və beynəlxalq səviyyədə mediasiya üzrə təlimçilərin, mediatorların, hüquqşünasların, Mediasiya Şurası, Ədliyyə Nazirliyi, Ədliyyə Akademiyası, Avropa İttifiqanın Azərbaycandakı Nümayəndəliyinin, Avropa Şurasının, Vəkillər Kollegiyasının və saysız-hesabsız digər hüquq müdafiəçilərinin birgə səyinin nəticəsidir.
ADR Mərkəzində biz bu günə qədər görülən işlərdən böyük qürur duyuruq və bu layihənin uğurla davam etməsini təmin etmək üçün dəstək verməyə həmişə hazırıq. Ən son tədqiqat təşəbbüslərimiz mediasiya və mediasiya təlimi (S.O.L.V.E.) və ictimai və korporativ mediasiya siyasətlərinin formalaşdırılması (üç yollu metod) üçün hərtərəfli metodların daha da inkişaf etdirilməsinə yönəlmişdir.
Bir daha sizi bu əlamətdar gün münasibətilə təbrik edir, Azərbaycanda və ondan kənarda mediasiya sahəsində bol uğurlar və nailiyyətlər arzulayırıq.
Hörmətlə,
Leonardo D'Urso və Constantin Adi Gavrila
ADR Mərkəzinin Baş Direktoru və Baş Mediasiya Eksperti