Narvin Mahmudova
Əsas səhifə / Narvin Mahmudova
Narvin Mahmudova
2010-cu ildə "Bakı Dövlət Universitetinin" Hüquq fakültəsindən məzun olmuşdur.
2013-ci ildə "Azərbaycan Dövlət İqtisad Universitetində" "Maliyyə " ixtisası üzrə distant təhsil almışdır.
2018-ci ildə "Biznes Analitik", "Mühasibatlıq uçotu" və "Menecerler üçün iqtisadiyyat" üzrə Harvard Biznes Məktəbinin kurslarında dinləyici kimi iştirak etmişdir.
2011-2014-cü illər ərzində "Azərbaycan Respublikasının Mərkəzi Bankının" hüquq departamentində aparıcı hüquqşünas vəzifəsində çalışmışdır. Bir müddət hüquqşünas kimi fəaliyyətini "Bank Aktivlərinin İdarəedilməsi Agentliyində", hal-hazırda isə "Certus" Məhdud Məsuliyyətli Cəmiyyətində davam etdirir.
2023-cü ildə "Mediasiya üzrə Ədliyyə Akademiyasının təşkil etdiyi təlimlər" üzrə "Mediatorların ilkin hazırlıq kursunu", 2024-cü ildə "Ailə münasibətləri üzrə ixtisaslaşmış mediatorların hazırlıq kursunu" və "Əmək münasibətləri üzrə ixtisaslaşmış mediatorların hazırlıq kursunu" müvəffəqiyyətlə bitirmişdir.
2023-cü ildən Mediasiya Şurasının üzvüdür.