Ailə mediasiyası

Əsas səhifə / Ailə mediasiyası


Ailə mediasiyası

Könüllü və hüquq bərabərliyi çərçivəsində nikah  bağlayan ər-arvad arasında fikir ayrılıqları və ya mübahisələr yarana bilər. Bakı 15 saylı Mediasiyia Təşkilatı ailədə mövcüd bu təbii vəziyyətin müsbət imkanlara şərait yarada biləcəyi məkandır. Tərəflər məhkəmə çəkişməsi yaradan ailə mübahisələrini bizim mediasiya məkanında razı qalacaqları şəkildə danışıqlar yolu ilə həll edə bilərlər.

Məhkəmədə baxılması uzun müddət çəkən birgə əmlakın bölünməsi, uşaqlarla ünsiyyət, uşağın və digər ailə üzvlərinin saxlanması üçün aliment kimi mübahisələr mediasiyada qısa müddət və az xərc çəkilməklə həll edilir. Belə olan halda, tərəflər könüllü şəkildə özlərinin razılaşdığı və mediatorun iştirakı ilə tərtib olunacaq Barışıq Sazişini məhkəməyə təqdim edə biləcəklər.

Qanuna görə, aşağıdakı ailə mübahisələrinə mediasiya tətbiq olunur

- nikahın davam etdirilməsi şərtləri;

- valideynlik hüquq və vəzifələrinin həyata keçirilməsi qaydası;

- uşağın yaşayış yerinin müəyyən edilməsi;

- uşağın və əmək qabiliyyəti olmayan digər ailə üzvlərinin saxlanılması qaydası;

- ailə münasibətlərindən irəli gələn digər mübahisələr.

Bakı 15 saylı Mediasiya Təşkilatının komandası olaraq əminlikdə deyirik ki, artıq qəliz və çətin prosedurlar geridə qaldı. Aliment və digər mülki qaydada kompensasiya almaq, onun məbləğinin artırılıb-azaldılması bizim mediasiya məkanında tərəflərin maraqlarına uyğun şəkildə daha tez həll edilir və ödənişlər daha rahat icra olunur.

Sözsüz ki mediatorun həssaslıqla diqqətə aldığı məsələlərdən biri, ailə mediasiyasında uşaqlarla bağlıdır. Ailə mediasiyasında mediatorun öhdəliyi: uşaqların maraqlarını valideynlərin planlarına deyil, valideynlərin planlarını uşaqların maraqlarına uyğunlaşdırılmasına çalışmaqdır.

cəmiyyətdə son zamanlar geniş müzakirə olunan məsələlərdən biri olan nikahın pozulması/boşanma zamanı tərəflərdə, xüsusən uşaqlarda ciddi psixolojik fəsadlar yaradan bu prosesdə ünsiyyət qırıldığından münasibətlər kəskin pisləşir. Nəticədə cütlüklər arasındakı məsələlərin həlli üçün bəzən illərlə davam edən məhkəmə işləri zəruri olur. Məhz Bakı 15 saylı Mediasiya Təşkilatında mediatorlarımızın xüsusi texnikalardan istifadə edərək yaratdığı şəraitdə tərəflər çəkişərək deyil, müzakirə edərək mübahisəli məsələlər və övladlarının xoşbətt gələcəyini təmin edən şərtlər barədə razılıq əldə edirlər.

Ailə mediasiyasında tərəflər valideynlik məsələləri ilə bağlı bir çox məsələni, o cümlədən məhkəmənin səlahiyyətindən kənar məsələləri razılaşdırmaq üçün müzakirə edə bilərlər.  Belə ki, uşağın boşanmadan sonra hansı valideynin yanında qalması, aliment, uşaqlarla digər valideynin və ya ailə üzvlərinin ünsiyyət saxlaması, uşağın ölkə hüdudlarından kənara aparılması kimi məhkəmə predmeti olan məsələlərlə yanaşı, uşaqların təhsili (məktəb seçilməsi, hazırlıq kursları), uşaqların sağlamlığı, uşaqların fərdi inkişafı (idman və s.) və bunun kimi digər məsələlər də mediasiyada müzakirə oluna bilər.

Ölkəmizdə müvəffəqiyyətlə tamamlanan ailə mediasiya işlərindən birisi də alimentlə bağlıdır. Belə ki, valideynlər uşağın saxlanması üçün tələb olunan aliment məbləğini mediatorun vasitəçiliyi ilə könüllü şəkildə müəyyən edirlər. Həm də məsələ çox qısa müddətdə həll olur. Alimentə dair razılıq mediasiyada barışıq sazişi ilə rəsmiləşdirilir və gələcəkdə barışıq sazişi icra olunmadığı təqdirdə məhkəmədə qısaldılmış müddətdə baxılaraq məcburi icraya yönləndirilir. Əvvəlki hallarda alimentlə bağlı işlərin yekunlaşması ən azı 2-3 ay vaxt tələb edirdisə, indi mediasiya ilə vaxtınızı və əsəbinizi qoruyacaqsınız.

Bakı 15 saylı Mediasiya Təkilatı Ailə mediasiyası üzrə peşəkar xidmətləri təqdim etməklə uzun vədədə cəmiyyətdə sosial barışa töhfə verdiyi üçün qürurluyuq.