Kommersiya mediasiyası
Əsas səhifə / Kommersiya mediasiyası
Kommersiya mediasiyası
Sahibkarlıq fəaliyyətindən irəli gələn mübahisələr (müqavilələrin icrası zamanı fikir ayrılıqları, öhdəliklərin tam və ya qismən icra olunmaması, müqavilənin ləğvi zamanı anlaşmazlıqlar və s.) üzrə tərəflərin hüquqşünas və məsləhətçi heyəti öz aralarında danışıqlar aparırlar. Təcrübə göstərir ki, bu kimi ikitərəfli danışıqlarda tərəflər “zəif” görünməmək üçün güzəştə getmir və müzakirələr səmərəli yekunlaşmır. Bəzən isə, tərəflər arasında güvənsizlik və ya etimad əksikliyi danışıqların daha səmərəli aparılmasına maneələr yaradır ki, nəticədə fikir mübadiləsi məhdud çərçivədə aparıldığından effektiv sonluğa çatmaq çətinləşir.
Neytral qərəzsiz mediatorlarımızın məhsuldar sessiyaları göstərir ki, Bakı 15 saylı Mediasiya Təşkilatı iş adamlarının əminlikdə güvənəcəyi həll məkanıdır.
Kommersiya mübahisələrinin mediasiya yolu ilə həll edilməsi üçün tərəflər 15 saylı Mediasiya Təşkilatının xidmətindən könüllü qaydada faydalanırlar. İstər kommersiya mübahisələri üzrə həll imkanlarının müzakirəsi üçün istər məhkəmədən əvvəl, istər də məhkəmə icraatı zamanı müraciət oluna bilər.
Tərəflər könüllü seçdikləri və ya qarşılıqlı razılıq olmadıqda- Təşkilatın müvafiq qayda ilə təyin etdiyi hər bir mediatorun peşəkar xidmətlərindən istifadə edirlər.