Haqqımızda
Əsas səhifə / Haqqımızda
Haqqımızda
Biz kimik?
Bakımızın ürəyi- İçərişəhərdə “Həll olunmayan mübahisə qalmayacaq!” şüarı ilə fəaliyyətə başladığımız 15 may 2022-ci il tarixdən bu günə, Bakı 15 saylı Mediasiya Təşkilatının komandası olaraq böyük əzmkarlıqla və qürurla peşəkar mediasiya xidmətləri təqdim etmənin haqlı sevincini yaşayırıq.
Sözsüz “mediasiya” kəliməsi ölkəmizdə yenidir. Buna görə də, Cənab Prezidentimiz tərəfindən təsdiq olunmuş Yol Xəritələrində göstərilmiş hədəflərə uyğun məhkəmə-hüquq islahatlarının bir parçası olan mediasiya üzrə cəmiyyətin maarifləndirilməsi və geniş təbliğat işlərinin aparılması ilk məqsədimiz oldu.
Çünki inanırıq ki, xalqımız bu unikal həll yolunun mahiyyətini və faydalarına bələd olduqca, həyatın rutin axışında qarşılaşacağı istənilən mübahisənin həllini mediatorlarımıza əmanət edəcəkdir.
Mediasiyanı yaradan zərurət..
İctimai münasibətlərin hazırki surətli inkişafı nəticəsində insanlar ehtiyac və maraqlarının təmin olunması üçün mübahisələrini (ənənəvi yollardan daha fərqli qaydada) 1) onları razı salan şəkildə, 2) özləri, 3) qısa zaman içində həll etmək istəyirlər. Başqa bir ifadə ilə, mübahisələrin alternativ həll yolları artıq insanlar üçün komfort zonadır.
Komfortun xəyal gücü ilə “məhdudlaşdığı” günümüzdə isə, işin məsuliyyət şüuru ilə davranan peşəkarlara əmanət edilməsi günümüzün əsas həqiqətidir.
Müasir çağırışlara uyğun davranan Bakı 15 saylı Mediasiya Təşkilatı da fəaliyyətini insanlara “mübahisənin yorucu atmosferi” içində rahatlığı təmin etmək məqsədi ilə qurmuşdur. Peşəkar komandamız gərəkli nəzəri/təcrübi bilgi və daim inkişaf edən vizyonu ilə istənilən mübahisənin həllinə nail olacaq mediasiya xidmətlərini təqdim edir.
Bakı 15 saylı Mediasiya Təşkilatı mülki işlər (kommersiya, əmək, ailə və digər mübahisələr) üzrə məhkəmədən əvvəl, məhkəmə icraatı və məhkəmə qərarlarının icrası zamanı həll olunmayan mübahisənin qalmaması üçün barışıq imzalarının atıldığı məkandır.
Fəaliyyətə başladığı ilk gündən bu yana Azərbaycan mediasiya ailəsində missiyamızın fərqində olaraq, Bakı 15 saylı Mediasiya Təşkilatında həyata keçirdiyimiz bütün mediasiya sessiyalarında könüllülük, qərəzsizlik, müstəqillik və konfidensiallıq prinsiplərini rəhbər tutaraq qüsursuz xidmət ilə keyfiyyətli nəticəyə hədəflənmişik.
Strateji baxışımız və Missiyamız!
Strateji baxışımız
Mübahisələrin mediasiyada həllini təmin edən peşəkar mühitə sahib Azərbaycan brendi olmaq
Missiyamız
Təməl prinsipləri və qanunvericilik tələblərini rəhbər tutaraq mübahisələrin mediasiya yolu ilə həllinə dəstək oluruq.
Dəyərlərimiz
Dürüstlük - Biz gördüyümüz işdə ilk öncə özümüzün, sonra bir -birimizin, sonra da müştərilərimizin qarşısında dürüstük!
Tolerantlıq - Biz işimizi qarşılıqlı hörmət əsasında icra edirik və müştərilərimizə olan münasibətdə də bunu üstün tuturuq!
Etibarlılıq - Biz müştərilərimizə etibarlı tərəfdaşıq!
Güvən - Biz bir-birimizə və müştərilərimizə güvənirik!
Yekunda bir daha “Həll olunmayan mübahisə qalmayacaq!” deyirik.