Əmək Mediasiyası

Əsas səhifə / Əmək Mediasiyası


Əmək Mediasiyası

Əmək mübahisələrini həll etmək üçün işçilər və işəgötürənlər tez-tez məhkəməyə müraciət edirlər. Çox zaman tərəflər bu cür məhkəmə çəkişmələrinin nəticəsini və ümumi vəziyyətə göstərə biləcəyi psixoloji təsiri lazımınca anlamırlar. Məhkəmə çəkişməsi başladıqdan sonra dayandırmaq isə çətindir. Həm işəgötürən, həm işçi artıq geri çəkilməyi düşünmür. Mübahisənin hər bir addımı konfliktin növbəti mərhələsini labüd edir, nəticədə münasibətlər bərpa olunmayacaq şəkildə zədələnir.


Əmək mübahisələri bir neçə fərqli konteksdə ortaya çıxa bilər. Belə ki, əmək mübahisələrinin həlli proqramlarını yaxşılaşdırmaq istəyən işəgötürənlər səmərəli və effektiv olan mediasiyanın üstünlüklərindən də faydalana bilərlər. Mediasiyanın tətbiqi işəgötürənin işçilərin istənilən şikayətini (problemini) həll etmək üçün göstərdiyi səylərin məqbul bir yoludur.

Bəzən işəgötürənlər şikayətlərin əsassız olduğunu və səhvən günahlandırıldıqlarını tez-tez bəyan edirlər. Mediasiya bu qəbildən mübahisələri tədricən daha qərəzsiz tərəfdən görməyə, problemlərin kökünü aradan qaldırmağa və mübahisələrin necə həll ediləcəyi ilə bağlı qərarlar verməyə imkan yaradır.


İş yerlərində işçi problemlə üzləşdikdə, ilk andan hesab edir ki, onun yeganə yolu məsələni məhkəmə müstəvisinə çıxarmaqdır. Əmək mübahisələrində mediasiyanın faydalarından xəbərsiz olan işçi bəzən məhkəməyə müraciət etməkdən çəkinir ki, müdiriyyəti ilə münasibətləri pozula bilər. Nəticə etibarilə bu narahatlıqlar onun əmək fəaliyyətinə və məhsuldarlığına mənfi təsir edir ki, bu zaman müdiriyyət də narazı qaldığından işçinin artıq işini itirmək təhlükəsi yaranır. 


Bu baxımdan mediasiya həm işçi, həm də işəgötürən üçün faydalı bir yoldur. Halbuki əmək mübahisələrinin mediasiyada erkən həll etməyə çalışmaq hər iki tərəfin marağındadır. Mediatorlarımızın iştirakı ilə məxfi şəraitdə aparılan danışıqlarda, hər iki tərəfin real maraqlarını və mənafelərini nəzərə alan razılaşmanı əldə etmək şansı çoxdur. Məsələlər məhkəmədən kənar qarşılıqlı razılıqla həll olunduğundan məhkəmə çəkişməsinə ehtiyac qalmır və tərəflər arasında ünsiyyət yaxşılaşdığına görə  gələcək əməkdaşlıq imkanları genişlənir. Bununla tərəflər arasında artan ünsiyyət iş yerindəki münasibətləri yaxşılaşdırır və məsələnin acı və inciklik hissləri olmadan həllinə imkan verir.

 

Bakı 15 saylı Mediasiya Təşkilatı olaraq istənilən məzmunlu əmək mübahisələrinin həll üzrə peşəkar mediasiya xidmətləri təqdim edir.