Şakir Z. Səfərbəyov

Əsas səhifə / Şakir Z. Səfərbəyov


Şakir Z. Səfərbəyov

2002-ci ildə Ukraynanın Simferopol şəhərindəki “Tavriysk Ekoloji İnstitutu”nun Hüquqşünaslıq fakultəsindən məzun olmuşdur.

* 2002-ci ildən 2010-cu ilə qədər “Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti”nin (GİZ) “Azərbaycanda Məhkəmə və Hüquq İslahatları” layihəsində və 2010-cu ildən 2020-ci ilə qədər “Cənubi Qafqazda Avropa standartlarına hüquqi yaxınlaşma” regional proqramda Layihə bürosunun rəhbəri vəzifəsində çalışmış, habelə 2006-2010-cu illərdə ”Beynəlxalq Hüquq Əməkdaşlıq Mərkəzi”nin (CİLC/Hollandiya) “Azərbəycanda yeni İnzibati islahatlara dəstək” layihəsinin kordinatoru kimi fəaliyyət göstərmişdir.

* 2020-ci ildən bu günə qədər “Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti”nin (GİZ) “Cənubi Qafqazda Yerli İnkişaf üçün Yaxşı İdarəetmə” regional proqramında Hüquq məsləhətçisi vəzifəsində çalışmaqdadır.

“Mediasiya üzrə Ədliyyə Akademiyası”nın təşkil etdiyi təlimlər üzrə:�- 2020-ci ilin noyabr ayında “Mediatorların ilkin hazırlıq kursunu”�- 2021-ci ilin may ayında “Ailə münasibətləri üzrə ixtisaslaşmış mediatorların hazırlıq kursunu”�- 2022-ci ilin iyun ayında “Əmək münasibətləri üzrə ixtisaslaşmış mediatorların hazırlıq kursunu”. müvəffəqiyyətlə bitirmişdir.

- 2022-ci ildən ”Azərbaycan Respublikası Mediasiya Şurasının Xüsusi Komissiyası”nın üzvüdür.