Qasım Q. Şaliyev
Əsas səhifə / Qasım Q. Şaliyev
Qasım Q. Şaliyev
Bakı 15 saylı Mediasiya Təşkilatının təsisçisi və direktoru
2001-ci ildə Türkiyənin hüquq üzrə ən nüfuzlu Universitetlərindən biri olan "Ankara Universitetinin" Hüquq fakultəsindən məzun olmuşdur.
10 il ərzində İqtisadi həyatın flaqmanlarından olan "Modern Şirkətlər Qrupu" və "Yeni Həyat Şirkətlər Qrupu"nda hüquq şöbəsinin müdiri vəzifəsində çalışmışdır.
2018-ci ildən "Azərbaycan Respublikası Vəkillər Kollegiyası"nın və 2020-ci ildən isə "Mediasiya Şurası"nın üzvüdür.
Mediasiya üzrə ilk peşəkar təlimi 2018-ci ilin oktyabr ayında "Ədliyyə Nazirliyi" ilə "Dünya Bankı"nın birgə təşkil etdiyi “Mülki və Kommersiya Mediasiyası” üzrə ilkin Təlim Proqramında keçmişdir. Davamında isə 2020-ci ilin yanvar ayında "Avropa İttifaqı"nın maliyyələşdirdiyi və dünyanın qabaqcıl mediasiya qurumu olan “ADR Center”in təşkil etdiyi “Mediasiya Təlimçiləri üçün Təlim”i müvəffəqiyyətlə başa vurmuşdur.
"Ədliyyə Akademiyası"nın təşkil etdiyi təlimlər üzrə 2020-ci ilin sentyabr ayında “Mediatorların ilkin hazırlıq kursunu”, 2021-ci ilin may ayında “Ailə münasibətləri üzrə ixtisaslaşmış mediatorların hazırlıq kursunu” və 2021-ci ilin avqust ayında isə “Əmək münasibətləri üzrə ixtisaslaşmış mediatorların hazırlıq kursunu” müvəffəqiyyətlə bitirmişdir.
2021-ci ilin noyabr ayında "Niderland Biznes Akademiyası"nın təşkil etdiyi təlimi keçərək "Beynəlxalq Master Mediasiya Federasiyası"nın “Mediasiya üzrə Beynəlxalq məsləhətçi” diplomu ilə təltif edilmişdir.
Hazırda "Xəzər Universiteti"ndə Mediasiya üzrə "MBA" təhsili almaqdadır.