Mülki işlər üzrə mediasiya
Əsas səhifə / Mülki işlər üzrə mediasiya
Mülki işlər üzrə mediasiya
Biz həyatımızın hər anında mülki münasibətlərin iştirakçısıyıq. Mağazadan telefon alırıq, bankdan kredit götürürük, şərikli şirkət və ya iş qururuq, ev tikdiririk, həmin evimizi ustaya təmir etdiririk, dostumuza zamin dururuq, yaxşı gələcək üçün evimizi ipotekaya qoyuruq, böyüklərimizdən qalan əmlakı vərəsələr arasında bölürük..
Lakin hadisələrin axışı planımıza hər zaman uyğun olmur..mağaza, bank, iş qurduğumuz şərikimiz, evimizi əmanət etdiyimiz ustamız, etibar etdiyimiz dostumuzla mübahisələr yaşayırıq..ortalığa çıxmasını heç istəmədiyimiz mübahisələr..Hətta gözləmədiyimiz anda maşınımız qəzaya uğrayır və özümüzü istəmədiyimiz konfliktin içində tapırıq..
Bu məqamda Bakı 15 saylı Mediasiya təşkilatı olaraq deyirik: «Gəlin danışaq, bütün mülki mübahisələriniz üçün həll yollarını birlikdə tapaq və həyatımız mübahisəsiz davam etsin!”