Mediasiya xəbərləri

Əsas səhifə / Mediasiya xəbərləri

“Mərdənov and Partnyorları” hüquq bürosunun təbrik mesajı

Hörmətli Qasım müəllim!

Biz Bakı 15 saylı Mediasiya təşkilatını “Mərdanov və partnyorları” hüquq bürosu adından fəaliyyətlərinin 2 illiyi münasibətilə təbrik edirik! Bu, mediasiya sahəsində uğurlu fəaliyyətinizi qeyd etmək üçün gözəl fürsət, eləcə də nailiyyətlərinizi və zəhmətinizi vurğulamaq üçün bir səbəbdir.

Vətəndaş cəmiyyəti institutu kimi mediasiyanın inkişafına verdiyiniz töhfəni yüksək qiymətləndirir və sizə uğurlar, firavanlıq və daimi yüksəliş arzulayırıq. Yolunuza həmişə yeni nailiyyətlər, maraqlı layihələr və birgə qələbələrə hazır olan mehriban komanda ilə davam edin.

Bir daha təbriklər, həmkarlar! Sizə cansağlığı, firavanlıq və fəth edəcəyiniz yeni zirvələr arzulayırıq!

Hörmətlə,

“Mərdənov and Partnyorları” hüquq bürosunun idarəedici partnyoru,

Hüquq elmləri namizədi, Surqut Dövlət Universitetinin Cinayət hüququ və Prosessual kafedrasının dosenti,

Hüquqşünas, mediator Azər Mərdanov.