Sevinc F. İbrahimova

Əsas səhifə / Sevinc F. İbrahimova


Sevinc F. İbrahimova

2001-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin bakalavr, 2003-cü ildə isə eyni adlı universitetin magistr təhsil pilləsini "Beynəlxalq Ticarət" ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir.

İş fəaliyyətinə 2004-cü ildə "Caspian Shipyard Company" -də başlamışdır. 2009-2022 ci illər ərzində müxtəlif yerli şirkətlərdə və beynəlxalq təşkilatların Azərbaycan nümayəndəliyində İR şöbə rəhbəri vəzifəsində çalışmışdır. 2011-2013-cü illər ərzində "SOS Uşaq Kəndləri - Azərbaycan Assosiasiyası"nda İR şöbə rəhbəri, 2013-2017-ci illər ərzində isə Milli Direktor vəzifəsini icra etmişdir.

2020-ci il tarixdə "Ədliyyə Akademiyası" tərəfindən keçirilmiş "Mediatorların ilkin hazırlıq kursunu", 2021-ci il tarixdə isə "Ailə münasibətləri üzrə ixtisaslaşmış mediatorların hazırlıq kursunu" müvəffəqiyyətlə bitirmişdir.

2022-ci ildən etibarən "SAVAD Mərkəzi" MMC-də Beynəlxalq layihələr üzrə direktor müavini vəzifəsində çalışır.  2021-ci ildən Mediasiya Şurasının üzvüdür.