Mələk F. Kərimova

Əsas səhifə / Mələk F. Kərimova


Mələk F. Kərimova

Türkiyə Respublikasının Hacəttəpə universitetinin Psixoloji Xidmət və Rəhbərlik bölümündən 1997-ci ildə bakalavr dərəcəsi ilə, ən yüksək balla daxil olduğu magistratura proqramıdan 2000-ci ildə məzun olmuşdur.

Magistr təhsili müddətində Ankara Özel Arı Fən liseyində psixoloq kimi 3 il fəaliyyət göstərmişdir.

2004-2008-cü illərdə ikinci təhsil olaraq Azərbaycan Dillər universitetində ingilis dili müəllimliyi ixtisasına yiyələnmişdir.

Sumqayıt şəhər qızlar seminariyasında tərbiyə işləri üzrə direktor müavini, Azərbaycan Müəllimlər institutunun Sumqayıt filialında psixologiya müəllimi, “Ümid” qeyri-hökümət təşkilatında qaçqın və məcburi köçkün gənçlərlə iş sahəsində təlimçi, Psixologiya Konsultasiya mərkəzində psixoloq olaraq fəaliyyətinə davam etmişdir. 2012-ci ildən etibarən Xəzər universitetində Humanitar və Sosial Elmlər Fakültəsinin dekan müavini və psixologiya Departamentinin koordinatoru, Xəzər Psixoloji Xidmət Mərkəzininin direktoru olaraq fəaliyyət göstərməkdədir.

2018-ci ildə “İnternational Management” Qrupunun səhiyyə işçiləri arasında keçirdiyi sorğuda “İlin mütəxəssisi” elan edilmiş, habelə Xəzər Universitetinin tərəfdaşı olduğu beynəlxalq ERASMUSS layihəsi çərçivəsində 2020-ci ildə İspanıyanın Murcia şəhərində imtahan verərək “Beynəlxalq dərəcəli Mediator” ünvanını qazanmışdır.

Ph.D Ləman Verdiyeva ilə birlikdə “Sosial Psixologiya” dərs vəsaitinin çap etdirmiş, habelə metodiki dərs vəsaiti olan “Terapevtik ünsiyyətin əsasları” kitabının müəllifidir.

Ədliyyə Akademiyasının təşkil etdiyi mediatorların ilkin hazırlığı, ailə mediasiyası və əmək mediasiyası təlimlərini uğurla başa vurmuşdur.