Mediasiya xəbərləri

Əsas səhifə / Mediasiya xəbərləri

“Right ,so?” texnikasının sehrli gücü

əsas mətnə keçid

Bu məqalə Christian-Radu Chereji və Constantin-Adi Gavrilă tərəfindən hazırlanmışdır.

Monoloji vəziyyət

Bir çox mediator  mediasiya prosesində “həmin şəxs” lə tanış olur. Həmin şəxs söhbətə daxil olur və bütün dialoqu öz əlinə alır, əslində  dialoq dayanır və təsirsiz bir monoloqa çevrilir. Bu şəkildə davam edir və həmin şəxs  gündəlik məsələlərlə əlaqəsi olmayan və ya tez-tez əlaqəsi ola biləcək hər cür məlumatı səsləndirir. Həmin insanlar kiçik bir məsələ üzərində uzun sürən mübahisə aparır,  hər şeydən və hər kəsdən şikayətlənir, dünyanın ona qarşı olduğunu, həyatın ədalətsiz olduğunu, ətrafdakıların pis və hiyləgər olduğunu söyləyir. Onlara görə   nankor, nadinc, namussuz, əxlaqsız insanlar içərisində yalnız özləri doğru və ədalətli, zəhmətkeş və qanunlara tabedirlər. Bir müddət sonra diqqətləri yayınır və masadakı hər kəs söylədikləri fikirlərə görə utanır və onları əzabdan xilas etmək üçün sizə- mediatora baxır.  Belə bir hadisə mediatorlara tanış gəlir?

Əgər orada həmin prosesin şahidi  olsaydınız, bunun arzuolunmaz bir vəziyyət olduğunu  bilərdiniz. Buna görə də mediasiya- hörmət və şəfqətlə dinləmək, mühakimə etməmək və tərəflərin öz hekayələrini təhlükəsiz və davamlı bölüşməsi üçün imkan yaratmaq deməkdir. Mediator davadan çəkinməlidir, ədalətli, qərəzsiz və səbrli olmalıdır, rahat şəkildə sona qədər şəxslərin fikirlərini dinləməlidir. Əsasən mediatordan tələb olunan odur ki, həmin şəxsə mübahisənin həllində kömək etsin. 

Mediator üçün mümkün variantlar

Bu halda seçim hansılardır?  Birgə iclasın olub-olmamasından asılı olmayaraq bir neçə seçim var, bu barədə daha ətraflı gələcək postlarda paylaşılacaq. Ancaq bir sıra önəmli məqamlar diqqətinizə çatdırılmalıdır. Hər bir seçim müəyyən bir risk daşıyır. Yəni həmin seçim tətbiq edilməməzdən əvvəl bu risklər qiymətləndirilməlidir. Məsələn, şəxsə bir sual veriləcəksə, onun mənfi nəticələri əvvəlcədən düşünülüb qiymətləndirilməlidir.  Əgər şəxsin danışdığı hekayədə tez-tez təkrarçılığa yol verirsə, başa düşülməlidir ki, artıq söhbətin sonu çatıb. Lakin bəzi lazımlı məlumatlara da diqqət yetirilməlidir. Bu səbəbdən seçimlərdən biri budur ki,  danışan şəxs nəfəsini dərmək üçün dayananda sözü ondan alaraq söylədiyi hər hansı məsələ üzərində dayanmaq, habelə yaşanılan emosinal vəziyyəti qəbul etmək və ya deyilənləri ümumiləşdirərək onları birlikdə qiymətləndirmək zəruridir. Qısacası, nəzakətli bir şəkildə həmin şəxslərdən əsas məsələyə qayıtmalarını və ya söz sırasını digərlərinə ötürmələrini xahiş etmək olar. Başqa xoşagəlməz seçim və ya texnika isə danışanların sözünü kəsmək, danışanlardan əsas məsələyə geri dönmələrini təkrar-təkrar istəmək və başqa şəxsin söhbətə birbaşa daxil olaraq öz hekayəsini danışmasını təklif etməkdən ibarətdir.  Bir məsələ haqqında daşınmazdan əvvəl bədən dili də bunun fərqində olmalıdır. Əlbəttə ən çox rast gəlinən hallar bunlar olsa da, bəzən bu seçim vəziyyətə görə yanlış ola bilər. Belə ki, həmin şəxs küskün, özünü pis vəziyyətdə hiss edə bilər və ya daha çox səsli-küylü, təhlükəli, içinə qapanıq hala gələ bilər. Hər bir seçim situasiyaya uyğunlaşdırılmalıdır. 

Right,so? (həqiqətdirmi) texnikası

Yuxarıda göstərilən xoşagəlməz halın yaşanmaması üçün belə bir seçim sınamağı tövsiyə edirik: Həqiqətdirmi( right,so)? sehrli gücü. Bu necə işləyir? Danışan şəxsin fasilə verməsi səbirlə gözlənilir və uyğun bir səs tonu ilə və səmimi üz ifadəsi ilə ‘Həqiqətənmi’ deyilir və başqa heç nə deyilmir. Əlavə bir söz demək təsiri azalda bilər, ona görə əlavə sözlər deyilməməlidir. Ən əsası isə sözlər bədən dili ilə tam uyğunluq təşkil etməlidir. Burda səssizliyin məqsədimiz üçün vacib amil olduğunu nəzərə almalıyıq. Bu bəzən absurd səslənsə də möcüzəvi nəticələr yaradır. 

“Right, so”? texnikası fərqli yollar açır və danışan şəxsi sakit saxlayaraq dialoqun öz axarında getməsinə və bütün məsələlərin öz yerinə oturmasına şərait yaradır. Əsasən danışan şəxs bu situasiyada mediatora baxaraq heç nə deyə bilmir və daha sonra digər şəxslərin səbrinin və zaman limitini aşdıqlarının fərqinə varırlar. Bu ən yaxşı gedişatdır. Ən pisi də odur ki, danışan şəxslər onların fikirlərinin anlaşılmadığını və qarışıq hekayələrinə qulaq asılmadığını fikirləşər,  “Nə olub?” və “Nə demək istəyirsən?” kimi suallar verə bilərlər. Bu ən əlverişli fürsət olar və mediator öz fikrini xülasə edib, digər şəxsləri də danışığa cəlb edə bilər. Bu texnika danışanlara hər hansı müdaxilə edilmədən onların fikirlərinin başa düşüldüyünü hiss etdirir. 

Təkrardan qeyd edirəm ki, “right,so?” texnikasının sehrli gücü kəlimələri düzgün tonda və üz ifadəsində söyləmək, ardından isə heç bir söz deməməklə birləşir.

Xəbərdarlıq edilən məsələ

Bu texnikanın istifadəsində qüsurlu hissəni diqqətinizə çatdırmaq istəyirik. Lazımsız bir gülümsəmə ardından səmimi olmayan səs tonu, bədən dili və ya üz ifadəsi istifadə olunarsa, mediator kobud, kinayəli görünə bilər. Bu da prosesə dialoqu monoloqa çevirən bir danışandan daha çox zərər vura bilər. Lakin mediator daha çox üstübağlı, yəni çox da açığa vurmadan mesaj formasında öz fikrini bildirsə, daha əlverişli olar. Məsələn, “Biz artıq gələcəyə baxa bilərik?” və ya “Sizin perspektivinizi eşitdik, bəlkə indi başqa perspektivdən baxmağın vaxtıdır?” kimi suallar prosesi düzgün yönləndirəcək.

Bu texnikanın üstün cəhəti odur ki, tərəflərə xoş əhval bəxş edir, nəticədə tərəflər özlərinə deyirlər ki, “yaxşı, keçmişlə bağlı edə biləcəyim heç nə yoxdur;  ola bilsin ki, keçmişi unutmaq  və indi edilə biləcəklərə diqqət yetirmək vaxtıdır”. Üzr istəməyi asanlaşdıraraq bir növ “dəstəkləyici” rolunu oynaya bilər. Bu texnika digər məqsədlərə də gətirib çıxara bilər, tərəfləri  keçmişin olduğu  yanlış və doğru arenası” dan , tərəfləri işığa  və diqqətin gələcəyə yönəldiyi “ortaq müstəvi”yə yönəldə bilər. 

Beləliklə, belə hallarla mediasiya prosesinizdə qarşılaşsanız, münasibətiniz necə olardı? Əgər təcrübədə belə məsələ ilə rastlaşmamısınızsa, onun başlıca faydaları və riskləri haqqında fikirləriniz nələrdir?


Tərcümə etdi: Aişə Həbillayeva (Dövlət İdarəçilik Akademiyasının Hüquq Fakultəsinin 3-cü kurs tələbəsi)