Vəfa Qədirova
Əsas səhifə / Vəfa Qədirova

Vəfa Qədirova
2003-cü ildə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq və Beynəlxalq Münasibətlər fakültəsindən məzun olmuşdur.
2002-ci ildə DAAD tələbə mübadilə təqaüdünü qazanan ilk tələbələrdən biridir.
2004-2012-ci illərdə hüquq şirkətində hüquqşünas və 2012-2017-ci illərdə QSC “Bank Standard” KB-də baş hüquqşünas vəzifəsində çalışmışdır.
2019-cu ildən Əmanətlərin Sığortalanması Fondunda baş hüquqşünas vəzifəsində çalışmaqdadır.
2019-cu ildən Azərbaycan Respublikası Vəkillər kollegiyasının və 2021-cü ildən Mediasiya Şurasının üzvüdür.
"Ədliyyə Akademiyası"nın təşkil etdiyi təlimlər üzrə 18.05.2021-cü ildə "Mediatorların ilkin hazırlıq kursunu", 22.07.2022-ci ildə "Ailə münasibətləri üzrə ixtisaslaşmış mediatorların hazırlıq kursunu" və 07.06.2022-ci ildə "Əmək münasibətləri üzrə ixtisaslaşmış mediatorların hazırlıq kursunu" müvəffəqiyyətlə bitirmişdir.


