Mediasiya xəbərləri

Əsas səhifə / Mediasiya xəbərləri

MƏKTƏBLƏR: MEDİASİYANIN ÖYRƏNİLMƏ ZƏMİNİ KİMİ..

Constantin-Adi Gavrila  (original mətn: Schools: The Playground for Learning Mediation - Kluwer Mediation Blog (kluwerarbitration.com))


Elə bir məktəb təsəvvür edin ki, oradakı bütün uşaqlar rahatlıqla öyrənə, oynaya bilir. Qarşılıqlı əlaqə olan hər bir yerdə mübahisə yarana bilər. Bəs uşaqlar mübahisələri necə həll edir? Bu suala cavab verilməsi çətin ola bilir, çünki yetkin insanların mühitdə, məsələn, məktəb mühitində olması, uşaqların mübahisələrə yanaşma və ya problemləri həll etmə  üsullarına müəyyən təsir edə, hətta müdaxiləyə səbəb olur. Mədəniyyət və digər sosial fərqliliklərə baxmayaraq, ümumi fikir bundan ibarətdir ki, uşaqlar istənilən şəraitdə müxtəlif problemlərin həlli üçün lazımi bilik və bacarıqları inkişaf etdirə bilirlər. Dünya inkişaf etdikcə aktuallıq fərqliləşsə də, hər şey bir-birilə əlaqəlidir. Bu dünyada dialoqları genişləndirmək və mübahisə həlli bacarıqlarını təbliğ etmək çox vacibdir və məktəblər bu məsələdə mühüm rol oynayır. Onlar gələcək nəsillərdə maraqlı müzakirələr, həmçinin, mediasiya ilə və mediasiya olmadan mübahisələrin həlli mədəniyyətinin yaradılmasında böyük rol oynayır. Təhsil müəssisələri şagirdləri fərqlilikləri müəyyənləşdirmək, empatiya bacarığını inkişaf etdirmək və mülayim münasibətlər qurmaq üçün həvəsləndirə bilər. Bu mətn yazısı məktəblərdə müzakirənin təbliğinin mühüm rolunu araşdırır, dinləmə, bərabərlik və ədalət vasitəsilə mediatorluq mədəniyyətini yaratmağın faydalarını göstərir. 

 

   “Dinləmə ” olmadan müzakirə nədir?


Effektiv kommunikasiya mediasiyanın əsasıdır. O bizə qəliz müzakirələrə qoşulmaq, öz fərziyələrimizi və qərəzlərimizi kənara qoymaq, dinləyicilərin özünümüdafiə hissini oyandırmadan danışmaq və eşitdiklərimizdən təsirlənəcək şəkildə dinləməyə icazə verir. Şagirdlər, müəllimlər, inzibatçılar və digər tərəflər arasında açıq müzakirəni öncəlikləşdirən və təşviq edən məktəblər tez-tez bu sağlam münasibətlərin bəhrəsini görür. Bu, mübahisələrə açıq şəkildə və qurucu formada yanaşılan mühit yaratmaqla bərabər, münaqişənin böyüməsininin qarşısını almaq üçün erkən xəbərdarlıq mexanizmi rolunu oynayır. 

Bunun üçün şagirdlərin öz fikirlərini, narahatlıqlarını və görüşlərini ifadə edərkən rahat hiss edə biləcəkləri, təhlükəsiz və inkluziv mühit yaratmaq vacibdir. Açıq forumlar, sinifdaxili diskussiyalar, münaqişə həlli üçün təlimlərvə ya xüsusi mediasiya sessiyaları kimi müzakirə üçün müxtəlif platformalar yaratmaqla məktəblər sağlam fikirləri təşviq edə və bununla da mübahisələrin yaradan şəraiti azalda bilər. Aktiv dinləməni təşviq etmək və müxtəlif görüşlərə hörmət empatiyanı, anlama qabiliyyətini və məntiqi düşüncəni gücləndirir, şagirdlərə münaqişə həlli zamanı daha qurucu olmağa imkan yaradır. Təcrübələrə əsasən, bu, münaqişə yaranmazdan əvvəl təlimlər keçməklə daha yaxşı formada və aktiv şəkildə həyata keçirilə bilər.


Münaqişə həlli bacarıqlarını inkişaf etdirmə


Sosial mühitlərdə mübahisələr qaçınılmaz olsa da, məktəblər bunların qarşısını almağa daha erkən başlaya və şagirdlərdə fərqlilikləri effektiv şəkildə qarşılamaq, habelə problemlərin həlli bacarıqlarının inkişafını təmin edə bilərlər. Münaqişələrin həlli savadını tədris planına daxil etmək şagirdlərə mübahisələrin təbiətini, altında yatan səbəblərini, aşkar olana qədər necə inkişaf etdiyini və onlara müvafiq yanaşma tərzlərini başa düşməyə kömək edir. Bəs bu real həyatda məktəbdə necə görünərdi? Bunun ən yaxşı üsulu-mübahisələr barədə açıq sövdələşmə aparmaq, mediasiya (neytral üçüncü şəxsin vasitəçiliyi ilə) və digər mübahisələrin həlli metodları kimi praktik biliklərlə şagirdləri mübahisələrin daha sakit formada həll etməyə yönləndirməkdir. Şagirdin mübahisə nəticəsində yaranan itkilər barədə, xüsusilə də çox vaxt daha baha başa gələn “gizli” itkilər barədə fərqindəliyini artırmaq çox vacibdir. Mübahisə bir növ kontrolsuz formada ətrafa yayılan alov kimidir- əvvəl təsir etmədiklərini də sonradan içinə çəkə bilər. Ona görə də bu bacarıqlar əslində məktəb mühitindən də kənara çıxır və şagirdləri gerçək dünyaya, gələcək çətinlikləri fərqli şəxsi və peşəkar mühitlərdə idarə etməyə hazırlayır- başqa sözlə, alovun yayılmasının qarşısını alır. Bunu həyata keçirmək üçün, onların emosional zəka, empatiya, fərqli baxış bucağına uyğunlaşmaq və münaqişələrin həlli bilikləri vasitəsilə əldə edilən digər bütün dəyərlərə ehtiyacları var. Bu yolla şagirdlər mərhəmətli və diqqətli şəxsiyyət kimi formalaşa bilərlər. Bacarıqlar yarandıqdan sonra, məktəbdə öyrənməni nümayiş etdirmək üçün ən yaxşı imkanlar münaqişələr yarandıqda olur.

  

Bərpaedici Təcrübələri Əhatə etmək


Valideynlərin və şagirdlərin emosional təzyiqlərinə görə mediator üçün təbliğ edilənləri praktikaya keçirmək getdikcə çətinləşir. Buna baxmayaraq, bərpaedici təcrübələr məktəblərdə mübahisələrin həlli üçün elə bir aktiv yanaşma təklif edir ki, gərginliyi azaltmaq məqsədilə orada tələskənlik olmadan bütün tərəflər dinlənildiyini hiss edirlər. Zərərləri düzəltməyə və münasibətləri bərpa etməyə diqqət yetirməklə, bu təcrübələr empatiya, məsuliyyət və şəxsi inkişaf mədəniyyətini yaratmağa kömək edir. Məktəblər bu mədəniyyətin toplayıcısıdır və gənc yaşda ədalət anlayışını görən şagirdlər gələcəkdə bu sahə ilə bağlı karyera quran fəal vətəndaş kimi inkişaf edə bilərlər. Bərpaedici dövrlər, şagirdlərin özlərinin mediator olduğu məktəb mediasiya proqramları və ya toplu müzakirə üsulları şagirdlərə təhlükəsiz mühitdə, bütün tərəflərin öz hisslərini və fikirlərini ifadə edə biləcəyi söhbətlərdə iştirak etməyə imkan verir. Bu təcrübələr məsuliyyətliliyi gücləndirir, anlayışlılığı təşviq edir və problem həll etmə bacarıqlarının inkişafına kömək edir. Məktəblərdə mediatorluğun tətbiqi sosial əlaqələri gücləndirirməklə bərabər dialoq və qarşılıqlı yardıma dəyər verən dəstəkləyici cəmiyyətin yaradılmasına töhfə verir. 


Müəllimlər və Heyət üçün təlimlər

            Məktəblərdə dialoqu təşviq etmək, münaqişələrin qarşısını almaq və mediatorluq etmək üçün müəllimlər və işçilər üçün lazımi təlim keçirilməlidir. Bir məktəb üçün öz işçi heyətinin dinləmə və anlama təcrübəsinin güclü olmadığı halda, şagirdlər arasında mediatorluğu təbliğ etməsi çox da doğru olmaz. Pedaqoqlar müsbət ünsiyyət, münaqişəyə sülhsevər yanaşma və münaqişələrin effektiv həlli bacarıqlarının formalaşdırılmasında mühüm rol oynayırlar. Peşəkar inkişaf proqramları müəllimləri müzakirəni asanlaşdırmaq, münaqişələri idarə etmək və şagirdləri həll yoluna yönləndirmək üçün lazımi bilik və bacarıqlarla təchiz edə bilər. Böyüklərin münaqişələrin həlli zamanı iştirak etməli olduğu müəyyən hallar var. Bununla belə, bir çox hallarda şagirdlərin özləri həmyaşıd olan mediatorları çağıra bilirlər, yəni başqa mediator olan şagird tərəflərlə münaqişənin faktlarını, problemlərini və daha digər hallarını müzakirə edir. Məktəblər pedaqoqlar arasında davamlı öyrənmə və inkişaf mədəniyyətini təşviq etməklə mediatorluq təcrübələrinin aktual və effektiv qalmasını təmin edir. Davamlı təlim və dəstək vasitəsilə müəllimlər müzakirələri inkişaf etdirmək, qarşılıqlı anlaşmanı təbliğ etmək və şagirdlərin  münaqişələrə mediatorluq etmək üçün lazım olan bacarıqları inkişaf etdirə biləcəkləri tərbiyəvi mühit yaratmağa nail olurlar.


            Nəticə etibarilə, məktəblərin tək müzakirələri inkişaf etdirmək və münaqişələrin digər vasitələrdən əvvəl mediasiya yolu ilə həllinə nail olmağa yox, həmçinin də dünyanın gələcəyinin daha doğru bir formada qurulması üçün məsuliyyəti vardır. Bu məsuliyyəti ailələr və digər qurumlar da daşıyır. İndiki halda, təhsil müəssisələri açıq müzakirəni təşviq etməklə, münaqişələrin həlli bacarıqlarını inkişaf etdirməklə, bərpaedici vasitələri tətbiq etməklə, həmçinin də, müəllim və işçi heyəti üçün təlimlər keçirməklə şagirdlər arasında münaqişələrin qarşısının alınması və konstruktiv formada idarə edilməsi bacarıqlarının formalaşdırılmasında mühüm rol oynaya bilərlər. Dialoqa və münaqişələrin həllinə dəyər verən mədəniyyətin qurulması ayrılıqda şagirdlərə fayda verməklə bərabər bütün məktəb cəmiyyətinin ümumi inkişafına və harmoniyasına da töhfə verir. Bu vacib mövzuların prioritet  kimi qəbul edilməsi nəticəsində məktəblər şagirdlərin məqsədyönlü dialoqa cəlb edilməsi, fərqliliklərin aradan qaldırıması, həmçinin daha inklüziv və dinc cəmiyyət yaradılması imkanı verən transformativ məkanlara çevrilirlər. 

Bəs uşaqlar bu cür təcrübələri çox kiçik yaşlarından öyrənsələr, indi dünya nə dərəcədə fərqli olardı? 

Son olaraq, bugündən 10, 20 və ya 30 il sonra dünyanın istənilən bir yerindəki hər hansı bir məktəbi təsəvvür edin.  Münaqişələrin effektiv şəkildə qarşısının alınması və həlli ilə bağlı nəyi görmək istərdiniz?



Tərcümə etdi: Jalə Nəbiyeva (Ada Universiteti Hüquq Fakultəsi 3-cü kurs tələbəsi)