Bakı 15 saylı Mediasiya Təşkilatında "Etika və uyğunluq Kodeksi" təsdiq edildi
Bakı 15 saylı Mediasiya Təşkilatında təmsil olunan mediatorlar tərəfindən ölkəmizdə mediasiya ənənələrinin düzgün formalaşdırılması və mübahisələrin alternativ həlli (MAH) sahəsində fəaliyyət göstərən bir Azərbaycan brendi kimi Bakı 15 saylı Mediasiya Təşkilatının Qafqaz və Mərkəzi Asiya regionunda iş adamlarına və digər biznes subyektlərinə etibarlı, şəffaf və güvənli mediasiya təşkilatı olmaq istiqamətində rolumuzun gücləndirilməsi məqsədilə, Bakı 15 saylı Mediasiya Təşkilatında “Fırıldaqçılıq və korrupsiya əleyhinə siyasət sənədi” və “Etika və uyğunluq kodeksi” təsdiq edilmişdir.
Bakı 15 saylı Mediasiya Təşkilatında həyata keçirilən mediasiya proseslərində və müvafiq inzibatçılığının aparılmasında hər iki sənədin tələblərinə mediatorlar və təşkilatın işçi heyəti tərəfindən ciddi riayət olunacağı və mütəmadi təşkilatdaxili təlimlərin keçiriləcəyi bəyan edilir.
17 Fevral 2025