Banqladeşli vəkillərin təbrik mesajı
Bakı 15 saylı Mediasiya Təşkilatının üçüncü ildönümü münasibətilə ən səmimi təbriklərimi bildirməkdən böyük şərəf və məmnunluq hissi duyuram.
Sizin “Həll olunmamış mübahisə qalmayacaq” şüarınız mülki, kommersiya, ailə və əmək mübahisələrinin mediasiya yolu ilə həlli sahəsində göstərdiyiniz dərin öhdəliyi tam əks etdirir.
Siz Azərbaycanda peşəkar mediasiya sahəsində qabaqcıl təşkilatlardan birisiniz. Son üç il ərzində cəmiyyətə verdiyiniz töhfələr çox böyükdür və siz uzun proseslər və formal tələblərdən azad olan mediasiyanın rahatlığını üstün tutan fərdlər və qurumların ehtiyaclarını düzgün qiymətləndirirsiniz.
Banqladeş Ali Məhkəməsinin vəkili olaraq, mən ənənəvi mübahisəli hüquqi prosedurlara səmərəli alternativ kimi mediasiyanı təşviq etməkdə bütün mediatorların və işçi heyətinin, xüsusilə də məqsədyönlü Təsisçi və Direktor cənab Qasım Q.Şaliyevin göstərdiyi təşəbbüskarlıq və fədakarlığınızı yüksək qiymətləndirirəm.
Əminəm ki, gələcəkdə biz də Banqladeşdə sizin təcrübənizi öz yurisdiksiyamızda tətbiq edə biləcəyik. Sizə qarşıdakı illərdə daha böyük uğurlar arzu edirəm.
Hörmətlə,
Md. Soeab Gony
Banqladeş Ali Məhkəməsinin Vəkili və Urmi Qrupun Hüquq Şöbəsinin Rəhbəri
14 May 2025


