Nəcibə Rəfizadə
Əsas səhifə / Nəcibə Rəfizadə

Nəcibə Rəfizadə
2009-cu ildə Bakı Dövlət Universitetinin hüquqşünaslıq fakültəsindən məzun olmuşdur.
2018-ci ildə Türkiyə Respublikasının Sakarya Universitetinin “səhiyyənin idarə edilməsi” ixtisası üzrə magistr və 2024-cü ildə Türkiyə Respublikasının Marmara Universitetinin “tibb hüququ” ixtisası üzrə ikinci magistr dərəcəsini almışdır.
Hazırda Türkiyə Respublikasının Kocaeli Universitetində “ictimai siyasət” üzrə fəlsəfə doktoru təhsilinə davam etməkdədir.
2016-2019-cu illərdə AMEA-nın Hüquq və İnsan Hüquqları İnstitunun Sosial-İqtisadi Hüquqlar Şöbəsində elmi işçi olaraq fəaliyyət göstərmiş, 2022-2024-cü illərdə Nyu-Yorkun Beynəlxalq Hüquq və Cəmiyyət Jurnalının (International Journal of Law and Society) elmi rəyçisi olmuşdur.
2022-ci ildə təsis olunmuş- Azərbaycanın tibb hüququ üzrə ixtisaslaşmış ilk hüquq firması olan "MEDILEX" şirkətinin təsisçisidir.
"Ədliyyə Akademiyası"nın təşkil etdiyi təlimlər üzrə 2026-cü ildə "Mediatorların ilkin hazırlıq kursunu", həmçinin "Ailə münasibətləri üzrə ixtisaslaşmış mediatorların hazırlıq kursunu" və "Əmək münasibətləri üzrə ixtisaslaşmış mediatorların hazırlıq kursunu" müvəffəqiyyətlə bitirmişdir.
2026-cı ildən etibarən Mediasiya Şurasının üzvüdür.
Mediator kimi əsas fəaliyyət istiqaməti tibb sahəsindəki mübahisələr üzrə mediasiyadır.


