Mediasiya xəbərləri

Əsas səhifə / Mediasiya xəbərləri

Bakı 15 saylı Mediasiya təşkilatı rəhbəri Qasım Şaliyev sertifikatla təltif olunub

Xəbərə keçid


15 may 2023-cü il tarixində Mediasiya Şurasının təşkilatçılığı ilə keçirilən geniş tərkibli görüşdə Bakı 15 saylı Mediasiya təşkilatı rəhbəri Qasım Şaliyev sertifikatla təltif olunub.

Yaxın günlərdə fəaliyyətə başlamalarının 1 illik yubileyini qeyd edən Bakı 15 saylı mediasiya təşkilatı Mediasiya Şurası tərəfindən səmərəli marketinq fəaliyyətinə və mediasiyanın düzgün təbliğinə görə sertifikata layiq görülüb. Sertifikat, eyni zamanda 1 illik yubileyləri münasibətilə Mediasiya Şurası adından ABAD əl işi olan hədiyyə Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov tərəfindən təşkilatın rəhbəri Qasım Şaliyevə təqdim olunub.