Mediator necə sehr yarada bilər?
Mediator necə sehr yarada bilər?
(Konstantin Adi Gavrila-Rumınya, September 14,2020)
“Adi,səninlə dürüst olacam. Vəkilim bu işə mediatorluq etməyi təklif edəndə, onun nə haqqda danışdığı barədə belə fikrim yox idi. O zamanlar qəzəbdən kor olmuşdum və etmək istədiyim tək şey onun(həyat yoldaşımın) mənə verdiyi acılarla elə onun özünə dərs vermək idi. Əvvəlcə mediasiya fikrini könülsüz qəbul etdim, çünki qanunun mənim tərəfimdə olmadığını düşünürdüm, baxmayaraq ki haqlı olduğumu bilirdim. Hər şeydən qabaq, mediator peşəsi ilə bağlı heç bir fikrim yox idi. Bizim vəkillərimiz var idi və onlar bizə bunu sülh yolu ilə həll etməyə kömək edə bilmədilər. Yaxşı,mediator bu durumda etdiyimiz hər hərəkətlə bir birimizi incitməyə çalıştığımız zamanda bizə kömək edə bilmək üçün necə bir sehr yarada bilərdi?! Və indi mənə aydındır ki, mediasiya olmasaydı uzun və acılı bir davaya hazırlaşmış olardıq və bu davanın əzabını övladlarımız çəkəcəkdilər.”
Bu, daşınmaz əmlak, iki sevimli uşaq, hər şəkildə artan gərginlik, vəkillərin iştirakı ilə son ailə mediasiyası başa çatdıqdan sonra həyat yoldaşından alınan rəy idi. İş yaradıcı şəkildə həll olundu, baxmayaraq ki, onlar çıxılmaz vəziyyətdə qalmışdılar: ondan ayrılır və uşaqlarla evi alırdı. Lakin bu prosesdə onun sövdələşməni həll etmək üçün məhdud maliyyə imkanları və uzunmüddətli perspektivdə hər şeyi real idarə etmək imkanı var idi. Onun geri rəyi mediatorun rolu barədə məlumatlılıq, mediasiyanın hər hansı bir yurisdiksiyada potensialına çatması üçün lazım olan səviyyədən uzaqlaşması ilə bağlı həqiqəti doğrultdu. Əvvəlki danışıq cəhdləri uğursuz olsa da, xoşbəxtlikdən onların vəkilləri olaylarda cəhdləri davam etdirmək və bunun üçün mediasiyadan istifadə etmək imkanlarının həqiqətəni görə bilmişdi. Onlar, məhkəmədə qalib gəlməyə hazırlaşmaqdan tamamilə fərqli bir proses olan, nəticə əhəmiyyətli töhfələri ilə, mediasiya otağında əks olunan hazırlıq prosesinə hazırlaşmaqla eyni dərəcədə mühüm rol oynadılar. Ola bilsin ki, gələcək yazılarımızda bu mövzulara diqqət yetirək.
Beləliklə, müştərimə qayıdaraq, onun şərhini izləməyi və ortaq vasitəçi olaraq prosesə gətirdiyimiz dəyər haqqında fikirlərini daha yaxşı başa düşmək üçün onu bir az anlamağa çalışmağı düşündüm. Bu yazıya ilham verən qısa söhbət sualımla başladı: "təşəkkür edirəm [...], sizdən soruşa bilərəm ki, indi işin həllinə töhfəmizi tam olaraq necə görürsünüz?”
Onun reaksiyası çox maraqlı idi. Birincisi, mediatorlar tərəfindən verilən davamlı çərçivələrin mövcudluğunu ilkin qarşılıqlı əlaqədə onlara kömək etmək üçün vacib olduğunu qeyd etdi. Buraya neytral fiziki məkan (ofisimiz), Məxfilik daxil olmaqla əsas proses qaydaları və s. daxil edilirdi. Nümunə olaraq, evdəki əvvəlki danışıqlar cəhdlərinin ümumiyyətlə yüksək səslə mübahisələrlə nəticələndiyini və vəkillərinin köməyi ilə edilən cəhdlərin həmişə çox qısa olduğunu və eyni şiddətli mübahisələrlə nəticələndiyini qeyd etdi. Ancaq başlamaq üçün qaydaları əvvəlcədən razılaşdırmaq və qaydaları tətbiq etməyə və tərəflər arasında inam yaratmağa hazır olan neytral mediatorlara sahib olmaq lazım idi.
İkincisi, müştərim tərəflərə mediasiya prosesindən ən yüksək şəkildə necə istifadə edəcəyini anlamağa kömək etmək üçün təqdim etdiyimiz izahatlardan danışdı. O, təkcə maraqlara əsaslanan mücərrəd danışıq prinsipləri əsasında potensialın artırılmasından deyil, həm də hazırlıq mərhələsində hər bir tərəflə ayrı-ayrılıqda danışmağın, sonra ilk birgə iclasda praktiki nümunələrlə sadə və effektiv nəticə təqdim etməyin üstünlüklərindən və proses boyu sualları daha da müzakirə etmək və cavablandırmaq üçün davamlı imkanlardan danışdı. Mediasiya ilə əlaqəli qaydalar və vasitələr barədə məlumat verildikdə, tərəflər zaman qazana bilərlər və tələsik təklif mərhələsinə keçmək riskindən qaça bilərlər.
Üçüncüsü, maraqlıdır ki, vasitəçilərin prosesin uğuruna verdiyi ən vacib töhfənin inam yaratmaq, kübarca, amma birbaşa olaraq çətin suallar vermək, tərəflərə əvvəlcə onları məhdudlaşdıran "divarları" (məhz onun sözü) təsvir etməyə kömək etmək və hərəkətlərini əlaqələndirmək bacarığının yaradıldığını bildirdi. Bir sözlə, bunu mediatorların "cəsarəti və qeyri-rəsmiliyi" adlandırdı.
Beləliklə, onları bir araya gətirsək, üç vacib bacarıq əldə edəcəyik: sabit bir quruluş təmin etmək, potensialı effektiv şəkildə qurmaq və real suallar verməkdən çəkinməmək, mahiyyətə yumşaq, dürüst və açıq bir şəkildə girmək.
Beləliklə, onun üçün son sualım belə oldu: "bunlardan hər hansı biri sizə sehrli görünür?”.
Müştərim gülümsəyərək cavab verdi: "Adi, bəli və yox, bəli və yox!”.
mətni tərcümə etdi: Nərgiz Gərayova