Mediasiya xəbərləri

Əsas səhifə / Mediasiya xəbərləri

Beynəlxalq mediator və təlimçi Ruslan Mirzəyevin təbriki

Hörmətli Qasım bəy və Bakı 15 saylı Mediasiya Təşkilatının kollektivi,

Sizi 15 saylı Mediasiya Təşkilatının 2 yaşı münasibətilə təbrik edirəm. Başladığınız yolda daha çox uğurlar əldə etməyinizi, bu sahənin inkişafında dəstəyinizi davam etdirməyinizi arzu edirəm.

Qasım Şalıyev 2018-ci ildə beynəlxalq layihə çərçivəsində təlimlərə cəlb etdiyimiz ilk mediatorlardan olmuşdur. Son 6 ildə nəinki əvvəlki motivasiyasını itirməmiş, əksinə daha da artırmış, bütün çətinliklərə baxmayaraq davamlı öz üzərində işləmiş, bu sahənin inkişafında töhfə verməyə çalışmışdır.

Ümid edirəm ki, 15 saylı Mediasiya Təşkilatının bütün mediatorları çəkdikləri zəhmətin nəticəsini görər, bu sahənin inkişafında oynayacaqları rol ilə gələcəkdə qürur duyarlar.

Bir daha iki yaşınızı təbrik edir, fəaliyyətinizdə uğurlar arzulayıram.

Hörmətlə,

Ruslan Mirzəyev

Beynəlxalq Arbitraj Məhkəməsinin Təlim və tədris departamentinin rəhbəri, beynəlxalq mediator