GDU-da mediasiya sahəsində qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsinə dair memorandum imzalanıb
Gəncə, 1 fevral, Elcan Məmmədov, AZƏRTAC
Gəncə Dövlət Universiteti ilə Bakı 15 saylı Mediasiya Təşkilatı arasında mediasiya sahəsində qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsinə dair memorandum imzalanıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov Bakı 15 saylı Mediasiya Təşkilatının direktoru Qasım Şaliyev ilə görüş keçirib. Rektor universitetin əsas tədris binasında İnnovasiyalar Departamentinin nəzdində yaradılan Mediasiya Mərkəzi və bu sahədə görülən işlər haqqında ətraflı danışıb.
Sonra Gəncə Dövlət Universiteti ilə Bakı 15 saylı Mediasiya Təşkilatı arasında mediasiya sahəsində qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsinə dair memorandum imzalanıb. Memoranduma əsasən tələbələrin nəzəri biliklərin artırılması, onlar üçün təcrübə imkanlarının yaradılması və birgə tədqiqatların aparılması nəzərdə tutulur. Eyni zamanda, memorandum çərçivəsində universitetin Mediasiya Mərkəzində müvafiq kurs keçən tələbələrin tədqiqat-araşdırma, kurs və buraxılış işlərinin, magistrantların dissertasiya mövzularının təşkilatın həyata keçirdiyi layihələrin məzmunu ilə əlaqələndirməsi üçün şərait yaradılacaq.
Görüş çərçivəsində universitetdə yaradılmış Mediasiya Mərkəzi ilə tanışlıq olub.
01 Fevral 2023