Bakı 15 saylı Mediasiya Təşkilatı yeni ünvanda fəaliyyətini davam etdirəcək
Bakı 15 saylı Mediasiya Təşkilatı xidmət keyfiyyətinin yüksəldilməsi, vətəndaşlar üçün daha əlverişli şəraitin yaradılması və mediasiya xidmətlərinə əlçatanlığın artırılması məqsədilə fəaliyyətini 26.10.2026-cı il tarixdən yeni ünvanda davam etdirəcək.
Təşkilat AZ1003, Bakı şəhəri, Səbail rayonu, Neftçi Qurban küçəsi, 15 ünvanında yerləşən yeni ofisdə fəaliyyət göstərəcək.
Yeni ofisin təşkili mediasiya görüşlərinin daha rahat şəraitdə keçirilməsinə, müraciət edən şəxslərin rahatlığının təmin olunmasına və xidmətlərin daha səmərəli təşkilinə yönəlib.
Bakı 15 saylı Mediasiya Təşkilatı missiya və dəyərlərinə sadiq qalaraq, mübahisələrin dialoq və qarşılıqlı razılaşma yolu ilə həllini təşviq etməyi, ölkəmizdə mediasiya xidmətlərinin əlçatanlığının genişləndirilməsinə və mediasiya mədəniyyətinin inkişafına töhfə verməyi qarşısına məqsəd qoyur.
Yeni ünvan: AZ1003, Bakı şəhəri, Səbail rayonu, Neftçi Qurban küçəsi, 15.
əlaqə vasitələrimiz dəyişməzdir: telefon 0105155015, 0125042415
21 Oktyabr 2026


